Xəbər verdiyimiz kimi, “Krokus Siti Holl”da terakt törədən 4 nəfər yaxalanıb.
BUTA.TV xəbər verir ki, terrorçulardan birinin yaxalanarkən etirafları sosial şəbəkələrdə yayılıb.
O bildirib ki, tanımadığı şəxs tərəfindən təxminən bir ay əvvəl sifariş alıb: silahları sifarişçilər tədarük edib, hücum ediləcək yerin - “Krokus”un xəritəsi və şəkli göndərilib.
Sifarişə əsasən, qarşılarına çıxanları öldürmək müqabilində 500 min rubl təklif ediblər.
Terrorçunun sözlərinə görə, vəd edilən pulun yarısını onlayn formadaalıb, kartına yüklənib, yarısını isə teraktdan sonra alacaqmış.
Terrorçu deyir ki, onunla Teleqramda adı, soyadı göstərilməyən “vaiz köməkçisi” danışıb.
Yaxalanan terrorçu adını da açıqlayıb – Faudinov Şamsadin, 1998-ci il təvəllüdlü.
Qeyd edək ki, bundan öncə saxlanıldığı bildirilən terrorçular arasında bu adlı şəxs yoxdur.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video