Rəfaha hücum uzunmüddətli perspektivdə İsrailin təhlükəsizliyini və dayanıqlılığını təhlükə altına qoyur.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İsrailə səfəri zamanı mediaya verdiyi müsahibədə deyib.
"Rəfaha qurudan hücum HƏMAS-ı məğlub etməyin yolu deyil. Sözügedən əməliyyat humanitar yardımın çatdırılması ilə bağlı daha böyük fəlakətlərə səbəb ola bilər. Bu, İsraili bütün dünyadan daha da təcrid etmək və onun uzunmüddətli təhlükəsizliyini və dayanıqlığını təhlükə altına almaq riskini daşıyır. İsrail HƏMAS-ın “ertəsi gün”ü üçün plan hazırlamasa, o, illərcə Qəzzada ilişib qalacaq. Netanyahu bunu başa düşmür, ancaq başa düşəndə çox gec ola bilər", - o bildirib.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video