Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda infrastruktur işləri sürətlə davam etdirilir. Görülən proseslərə uyğun olaraq, Qarabağda yaşayış məntəqələrinin sayı azaldılacaq.
BUTA.TV xəbər verir ki, işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsi mövcud olub. Böyük Qayıdış layihəsi çərçivəsində bu sayın 316-a endirilməsi planlaşdırılır.
Bəs prosesin icrası hansı zərurətdən yaranıb? Yaşayış məntəqələrinin sayı azalsa, bu, evlərin əvvəlki otaq sayına uyğun verilməsi qaydasına da təsir göstərə bilərmi?
Milli Məclisin deputatı Zahid Oruc deyir ki, 936 yaşayış yerinin hamısının bərpa olunması 100 milyardlarla manat vəsait demək olardı: “Axı ölkəmizin işğala məruz qalmamış bölgələrinin də məktəb, fabrik, zavod və sairin açılması ehtiyacları var. Otaq sayında xüsusi azalmanın olacağını düşünmürəm”.
Daha ətraflı İTV-nin süjetində:
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video