Rusiya üzərində qələbənin formulu budur - Litva

10:20 - 24 Mart 2024 - GÜNDƏM

 Rusiya üzərində qələbənin formulu budur - Litva

Təcavüzkar üzərində qələbənin düsturu tamamilə aydındır: güc vasitəsilə sülh. Əgər səylərimizi səfərbər edib qələbəyə inanmağa başlasaq, nəhayət, Avropada sülhü təmin edə biləcəyik.

BUTA.TV xəbər verir ki, bu sözləri Litvanın Baş naziri İnqrida Şimonite deyib.

O qeyd edib ki, yalnız Skandinaviya və Baltikyanı ölkələrin ümumi ÜDM-si Rusiya Federasiyasından yüksəkdir.

O həmçinin bildirib ki, Ukraynanın NATO-ya ehtiyacı olduğu kimi, NATO-nun da Ukraynaya ehtiyacı var. Buna görə də yayda Vaşinqtonda keçiriləcək NATO sammitində digər məsələlərlə yanaşı, Ukraynanı Alyansa yaxınlaşdırmaq öhdəliyinə də qiymət veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol