Bu ərazilərə qar yağdı - Faktiki hava

10:46 - 24 Mart 2024 - GÜNDƏM

 Bu ərazilərə qar yağdı - Faktiki hava

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 mm, Şahdağda 31 sm, Qrızda 3 sm olub.

Düşən yağıntının miqdarı isə Zaqatalada 40 mm, Balakəndə 32 mm, Əlibəydə (Zaqatala) 31 mm, Şəmkirdə 19 mm, Qaxda 10 mm, Oğuzda 8 mm, Şəki, Gədəbəydə 7 mm, Goranboyda 6 mm, Astara, Lənkəran, Şahdağ, Sədərək, Daşkəsən, Qəbələdə 4 mm, Tərtərdə 3 mm, Bərdə, Naftalan, Quba, Ceyrançöl, Mingəçevirdə 2 mm, Şərur, Göygöl, Gəncə, Tovuz, Ağdam, Ağstafa, İsmayıllı, Altıağac, Qusar, Xaltan, Qrız, Yevlax, Yardımlı, Xınalıq, Göytəpədə 1 mm-dək olub.

Əlibəy ərazisində (Zaqatala) saat 20:07-20:15 radələrində diametri 0.5 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Bakı, Sumqayıt, Pirallahı, Neft Daşları, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Qobustan, Xaltan, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol