Nigeriyada quldurların qaçırdığı 200 şagird azad edildi

14:46 - 24 Mart 2024 - GÜNDƏM

 Nigeriyada quldurların qaçırdığı 200 şagird azad edildi

Martın əvvəlində Nigeriyanın Kaduna ştatında məktəbdən silahlı şəxslər tərəfindən qaçırılan 200-dən çox şagird azad edilib.

BUTA.TV xəbər verir ki, bu barədə ştatın qubernatoru Uba Sani məlumat yayıb.

“Kuriqa kəndindəki məktəbdən uşaqlarımızı azad etdilər”, - qubarnator bildirib.

Sani uşaqların azad olunması ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, martın 7-də Kaduna ştatındakı məktəblərin birinə hücum edərək 287 şagird və müəllimi girov götürən quldur dəstələri onların azad edilməsi üçün 1 milyard nayr (620 min dollar) pul istəmişdilər. Nigeriya Prezidenti Bola Tinubu quldurlar və yaraqlılar tərəfindən qaçırılan insanlar üçün fidyə ödəməyəcəyini bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol