Abşeronda içərisində 3 avtomobil olan anbar yandı

15:20 - 24 Mart 2024 - GÜNDƏM

 Abşeronda içərisində 3 avtomobil olan anbar yandı

Abşeron rayonunda içərisində 3 avtomobil olan anbar yanıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 900 kvadratmetr olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 kvadratmetr olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.

Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol