Ukraynaya qoşun göndərilsə, dünya müharibəsi olacaq

16:06 - 24 Mart 2024 - GÜNDƏM

 Ukraynaya qoşun göndərilsə, dünya müharibəsi olacaq

Qərb qoşunlarının Ukraynaya göndərilməsi NATO ilə Rusiya arasında yeni dünya müharibəsinə səbəb ola biləcək münaqişə təhlükəsi yaradacaq.

BUTA.TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“NATO qoşunlarının Ukraynaya göndərilməsindən danışarkən bəzi Qərb siyasətçiləri bu təşkilatın kollektiv təhlükəsizliyini nəzərdə tutan beşinci maddəsindən sui-istifadə edirlər. Qoşunlar göndərilsə, NATO ilə Rusiya arasında qarşıdurmadan qaçmaq mümkün olmayacaq və 5-ci maddənin də tətbiqi dünya müharibəsinin başlaması üçün real risk yaradacaq”, - Siyarto bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol