Şirkət Rusiyada bina və digər obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında 22 martda teraktın baş verdiyi “Krokus Siti Holl”un sahibi, “Krokus Qrup”un prezidenti Araz Ağalarov deyib.
O bildirib ki, bizim missiyamız yaradıcılıqdır:
“Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”.
Ağalarov vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələcək, insanlara və ölkəyə xidmət edən obyektlər tikməyə davam edəcək.
Xatırladaq ki, bundan öncə “Krokus Siti Holl”un təmir ediləcəyi bildirilmişdi.
Qeyd edək ki, 22 martda “Krokus”da baş verən terakt nəticəsində, son rəsmi məlumata görə, 137 nəfər ölüb, 180 nəfər yaralanıb.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video