Ukraynalılara Moldova sərhədinə getmək qadağan edildi

18:22 - 25 Mart 2024 - GÜNDƏM

 Ukraynalılara Moldova sərhədinə getmək qadağan edildi

Ukrayna hakimiyyəti Vinnitsa vilayətində sərhəd zonasına giriş və orada qalma məhdudiyyətləri tətbiq edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Mogilyov-Podolsk sərhəd dəstəsi məlumat yayıb.

Hərbi yaşda olan vətəndaşlara Moldova ilə sərhədə yaxın dörd ərazi icmasında, o cümlədən Dnestr sahillərinə getmək, ya orada qalmaq qadağan edilib.

Qeyd edək ki, Ukraynada hərbi yaşda olan kişilərin müharibə zamanı səfərbərlikdən yayınmaq üçün sərhədi qanunsuz keçmək cəhdləri mütəmadi hal alıb. Ölkənin Milli Sərhəd Xidmətinin məlumatına görə, 2022-ci ilin fevral ayından etibarən ölkədə qeyri-qanuni yollarla ölkəni tərk etmək istəyənlərə yardım edən 360-dan çox mütəşəkkil qrup ifşa edilib. O vaxtdan bəri Rumıniyaya qaçmaq istəyərkən sərhəd Tisa çayında 20-dən çox Ukrayna vətəndaşı ölüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol