Avstriya və İspaniyanın hüquq-mühafizə orqanları terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin "Krokus Siti Holl"da baş vermiş terror aktı ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Avstriya Daxili İşlər Nazirliyi bildirib ki, onlar 2023-cü ilin oktyabrından terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin hazırda onu maksimum dərəcəyə qaldırmaq üçün heç bir əsas görmürlər: "Hazırda konkret təhlükənin əlamətləri yoxdur".
Oxşar məlumatı İspaniya Daxili İşlər Nazirliyi də qeyd edib:
"Terror təhlükəsinin səviyyəsi dördüncü (yüksək) olaraq qiymətləndirilir, lakin onu maksimum beşinci səviyyəyə qaldırmaq planları yoxdur".
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video