"Boinq" rəhbərliyi dəyişir - KİV

20:02 - 25 Mart 2024 - GÜNDƏM

"Boinq" şirkətinin baş icraçı direktoru Devid Kalhun 2024-cü ilin sonunda vəzifəsini tərk edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə şirkətin məlumatına istinadən CNBC bildirib.

Məlumata görə, Kalhun 2020-ci ilin əvvəlində təyyarə istehsalı korporasiyasına rəhbərlik edir:

"Direktorlar Şurasının sədri Larri Kellner may ayında səhmdarların illik yığıncağından sonra istefaya gedəcək. Yeni sədr "Qualcomm"un keçmiş baş direktoru Stiv Mollekopf olacaq. "Boinq"in kommersiya təyyarələri bölməsinin prezidenti və baş direktoru Sten Deal şirkətdən dərhal ayrılacaq. Onu bu yaxınlarda şirkətin baş əməliyyat direktoru vəzifəsinə təyin edilmiş Stefani Poup əvəz edəcək".

Qeyd edilir ki, rəhbərliyin əsas dəyişikliyi "Boinq" təyyarələrinin etibarlılığını və korporativ idarəetmənin keyfiyyətini şübhə altına alan bir sıra insidentlərdən sonra baş verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol