Tacikistan Prezidenti İmaməli Rəhman Moskvada martın 22-də axşam saatlarında “Krokus Siti Holl”da baş vermiş terror aktını biabırçı və dəhşətli adlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Moskva yaxınlığında baş vermiş biabırçı və dəhşətli hadisə hər birimizə, xüsusən də valideynlərimizə bir daha göstərir ki, uşaq tərbiyəsinə daha ciddi diqqət yetirməliyik", - o bildirib.
Ölkə rəhbəri onu da əlavə edib ki, vətəndaşlar yeniyetmə və gəncləri dağıdıcı və qorxunc qrupların təsirindən qorumalıdırlar:
"Uşaqlara tacik millətinin adını ləkələməyə icazə vermək olmaz".
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video