Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır

11:58 - 26 Mart 2024 - GÜNDƏM

 Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır

Rusiya və Ermənistan münasibətlərdəki mövcud çətinliklərə baxmayaraq, qardaş ölkələr olaraq qalırlar.

BUTA.TV xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Ermənistan Rusiya üçün qardaş ölkədən də artıqdır:

“Baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır. Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır. Rusiya vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini - ildə bir neçə milyard dollara qədər təşkil edir. Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol