İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti vəzifəsi təklif edilsin.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov AFFA-nın vitse-prezidenti vəzifəsi təklifi gələrsə, qəbul edib-etməyəcəyi barədə ünvanlanan sualı cavablandırarkən deyib.
"Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir. Çünki hazırda "Qarabağ"dayam. Bu kollektivlə, rəhbərliklə işləmək mənim üçün xoşdur. İşimiz burdadır. Müzakirə olunmayan mövzu haqda fikir bildirmək... Olsaydı, belə edərdim, onu edərdim. Belə məsələləri xoşlamıram. Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Amma hələ təsdiq olunmayıb. Tam əmin olduqdan sonra insan fikirlərini tam inamlı şəkildə bildirir", - Q.Qurbanov qeyd edib.
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr