İsmayıllı rayonu Gəndov kəndində körpü çöküb.
BUTA.TV xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda iddia edilir ki, söhbət İsmayıllı - Lahıc yolunun Girdiman çayı üzərindən keçən körpüdən gedir.
Sözügedən ərazidə sonuncu sel daşqınlarından sonra körpünün müəyyən hissələrində çökmələr müşahidə edilib.
Çökən ərazinin günbəgün genişlənməsi əhalinin narahatlığına səbəb olur. Yolun bu hissəsi bir neçə aydır bağlı olsa da, çöküntü davam edərsə, bir neçə gün sonra körpü tamamilə dağıla bilər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov Oxu.az-a açıqlamasında sözügedən yolda çökmüş hissənin genişlənməsinin bir neçə gündür müşahidə edildiyini bildirib:
“Əvvəldən sözügedən körpüdə sel daşqınları səbəbindən müəyyən çökmələr müşahidə edilirdi. Sadəcə təəssüf ki, çökən hissənin əhatəsi bir az daha genişlənib. Bu problem İsmayıllıda sonuncu sel daşqınlarından sonra qeydə alınıb, körpünün altında boşalmalar olub. Lakin çökən hissə son iki-üç gün ərzində çox genişlənib. Bununla bağlı rayon üzrə yol istismar idarəsinə, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib. Həmin çökən hissə lent ilə bağlanıb, ərazidə tədbir görülür”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən körpüyə mütəxəssislərin iştirakı ilə baxış keçirilib:
“Sel suları İsmayıllı rayonu Gəndov kəndində yolun bir hissəsini yuyub. Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb”.
Xatırladaq ki, İsmayıllıda sonun sel daşqınları ötən il iyul-avqust aylarına təsadüf edib və çoxsaylı fəsadlar yaradıb.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi