Astara rayonunda dəhşətli yol qəzası olub.
BUTA.TV xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistralının Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan BMV markalı minik avtomobili iri tonnajlı DAF markalı yük avtomobilinın altına girib. BMV markalı minik avtomobilində ölənlər var. Hazırda onlar yük avtomobilinin altından çıxarılır.
Faktla bağlı araşdırma aparılır.
***
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.
Belə ki, Astara rayonun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarında dayanan Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iri tonajlı yük avtomobilinin altına girib.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə ilham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Mirzəmməd qızı Əliyeva avtomobildə yanaraq ölüblər.
Dərhal hadisə yerinə FHN-nin Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, FHN-nin Cənub regional mərkəzinin xilasetmə qrupunun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Trampdan Kanada şirkətlərinə: ABŞ-a köçün!
- Ukrayna Belqoroda zərbə endirdi: ölənlər var
- SEPAH-dan ABŞ-ın hücumuna reaksiya: Qisas alınacaq!
- ABŞ İranın Lark adasına zərbə endirdi
- Çikaqoda insanlara atəş açıldı: ölən və yaralananlar var
- Şimali Kiprdə 3 günlük matəm elan edildi
- PUA insidenti: Almaniya cavab tədbirləri hazırladı
- Leyla Əliyeva sərgidən paylaşım etdi - Video