Cənubi Qafqaz məsələsi NATO-nun qarşıdan gələn nazirlər görüşünün gündəliyində deyil.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culianna Smit deyib.
"NATO-nun nazirlər görüşü çərçivəsində Cənubi Qafqaz məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, bunun gündəliyin formal hissəsi olacağını düşünmürəm. Amma görək bu məsələ qarşıdakı iki gün ərzində müzakirələrimiz çərçivəsində qaldırılacaqmı?", - Smit vurğulayıb.
Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri aprelin 3-4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında ikigünlük müşavirə keçirəcəklər.
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi