Proseslər İran-İsrail gərginliyinin yüksəlməyə davam etdiyini və ABŞ-ın da buna müdaxilə ehtimalının xeyli artdığını göstərir. Təhlükə yetərincə güclüdür. Mərkəzində İran və İsrailin olacağı böyük bir böhran Azərbaycanın milli təhlükəsizliyi baxımından çox böyük risklər daşıyır.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy deyib.
“Bu risklərin bəşəri, hərbi, geosiyasi, siyasi-iqtisadi və psixoloji istiqamətləri var. İran-İsrail gərginliyinin savaşa çevrilməsinin Azərbaycana təsirləri Suriya savaşının Türkiyəyə təsirlərdən daha ağır olar.
Hazırkı strateji şərtləri nəzərə alsaq, belə bir savaşın dünya savaşına çevrilmə riskləri də yetərincə yüksəkdir. Avropa (Ukrayna və digərləri) - Asiya (Tayvan və digərləri) - Yaxın Şərq (İran və digərləri) kimi bölgələr birlikdə bu günlərdə getdikcə daha çox dünyanın Bermud üçbucağını xatırladır. Tərs kimi tam olaraq bu üçbucağın ortasındayıq”, - o bildirib.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı