“İnter” 20-ci dəfə İtaliya çempionu oldu

01:42 - 23 Aprel 2024 - GÜNDƏM

 “İnter” 20-ci dəfə İtaliya çempionu oldu

Futbol üzrə İtaliya çempionatının 33-cü turunun matçında "Milan"ı 2:1 hesabı ilə məğlub edən "İnter" vaxtından əvvəl turnirin qalibi olub.

BUTA.TV xəbər verir ki, görüş "Cüzeppe Meatsa" stadionunda baş tutub.

"İnter"də qolları Françesko Acerbi (18-ci dəqiqə) və Markus Türam (49-cu dəqiqə) vurub. “Milan”ın yeganə qoluna isə Fikayo Tomori (80) imza atıb.

Bununla da “İnter” 86 xal toplayıb və çempionatın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edib. “Milan” 69 xalla 2-ci yerdədir. “İnter” 20-ci dəfə İtaliya çempionu olub və titulların sayına görə (19 qələbə) “Milan”ı ötüb. Rekordçu isə 36 dəfə çempion olmuş “Yuventus”dur.

Qeyd edək ki, ötən mövsüm "Napoli" İtaliya çempionu olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol