Xalq artisti Emin Ağalarov azərbaycanlı müğənnilərin sırasından “top 3”nü açıqlayıb.
Kult.az xəbər verir ki, bu barədə sənətçi “Persona” verilişində danışıb.
O, aparıcı Nicat Xəlilovun “Azərbaycanlı müğənnilərdən kim xoşunuza gəlir? Daha çox? Top 3.” Sualını ünvanlayıb. Emin isə Xalq artistləri Eyyub Yaqubov, Röya Ayxan və Faiq Ağayevin adını çəkib:
“Mən “daha çox” deməyi xoşlamıram. Eyyub Yaqubovun da yaradıcılığına hörmət edirəm. Röyanın da, Faiq Ağayevin də. Çoxlu gənc ulduzlar var. Biz “Azərbaycan” mahnısını yazanda ora bir çox müğənnini dəvət etmişdik. Müxtəlif janrların ifaçıları idi. Bu mahnını birlikdə oxuduq. Bizdə istedadlı müğənnilər çoxdur. Çoxları azərbaycanlı olsalar da, ölkədən kənarda məşhurlaşıblar. Coni, Hammali, Navai, Bahh Tee, Rauf və Faik... Məncə, bu əladır”.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir