Sumqayıt qatarını Xırdalan dəmir yolu stansiyasının ərazisində daşa basan və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, aprelin 28-də Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Xırdalan dəmir yolu stansiyasının ərazisindən keçərkən qatarın yoluna daşlar düzərək real təhlükə yaradılması və hərəkətdə olan qatarın sağ yan şüşəsinə daş atılaraq sındırılması barədə polisə məlumat daxil olub. Bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə Polis Şöbəsinə gətiriliblər. Valideynlər və azyaşlılarla profilaktik söhbətlər aparılıb. Övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Bir daha vurğulamaq istərdik ki, Bakı-Sumqayıt sürət qatarının keçdiyi xətt üzrə sərnişinlərin narahatçılığına səbəb olan əməllər təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində də polis əməkdaşları tərəfindən ciddi tədbirlər görüləcək", - DİN-dən bildirilib.
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı