Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışında mühüm mesajlar verdi və bizə istiqamət göstərdi. Dövlət başçısı bu ilin noyabrında COP29-la bağlı pavilyonların yaradılacağını bildirdi. Düşünürəm ki, dini liderlər bu imkandan istifadə etməlidirlər.
BUTA.TV xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyada səsləndirib.
Dinlərarası dialoq vasitəsilə müxtəlif irqlərdən və dinlərdən olan insanların bir araya gəlməsinin, qarşılıqlı etimadın inkişaf etdirilməsinin önəmini vurğulayan BMT rəsmisi bildirib: “Təəssüf ki, din bəziləri üçün önəm daşımır. Biz gələcəyimizi birlikdə formalaşdırmalıyıq. Bu işdə hamı - siyasətçilər, diplomatlar, vətəndaşlar, vətəndaş cəmiyyətləri, dini icmalar eyni hədəfə istiqamətlənməlidirlər”.
Dünyada bir sıra münaqişə ocaqlarının olduğunu diqqətə çatdıran A.Moratinos dini məkanların xəritəsinin hazırlanmasını təklif edib. Onun sözlərinə görə, dini liderlər kilsələrə, sinaqoqlara hücum təhlükəsi ilə bağlı proqram tərtib etməlidirlər.
İnsan Qardaşlığına dair sənədin əhəmiyyətini vurğulayan BMT rəsmisi deyib: “Biz hamımız birlikdə işləməliyik. Dinin nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirməliyik”.
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib