Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Şirvan-Salyan, Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran və Quba-Xaçmaz iqtisadi rayonlarına daxil olan inzibati rayonlarda işləmək imkanı olan, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkilər, zootexniklik, əczaçılıq ixtisaslarına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərin ixtisasları üzrə iş təcrübəsinin olması arzuolunandır.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a verilən məlumata görə, müvafiq ixtisasa sahib, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini mayın 10-dək mövzu yerinə müvafiq iqtisadi rayonun adını (məsələn: "AQTİ-Şirvan-Salyan") qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib