Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunu qazana bilməyib.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, onun çıxış etdiyi “Yurqorden” turnirin finalında uduzub.
“Malmö” ilə oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Qurbanlının komandası lotereyada cəmi 1 dəfə dəqiq olaraq, 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Musanın adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmaq şansı qazanmayıb.
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib