Britaniya xarici işlər naziri ilk dəfə Tacikistana getdi

01:54 - 23 Aprel 2024 - GÜNDƏM

 Britaniya xarici işlər naziri ilk dəfə Tacikistana getdi

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Mərkəzi Asiya ölkələri ilə Birləşmiş Krallığın əlaqələrini gücləndirmək məqsədilə Tacikistana səfər edib.

BUTA.TV xəbər verir ki, səfər çərçivəsində nazir Tacikistan Prezidenti İmaməli Rəhman ilə görüşüb. O, Tacikistana səfər edən ilk britaniyali xarici işlər naziri olmaqdan şad olduğunu qeyd edib.

Bildirib ki, biznes, iqlim dəyişikliyi və terrorla mübarizə kimi əsas sahələrdə Britaniya və Tacikistan arasında əlaqələr daha da genişlənə bilər.

Qeyd edək ki, Kemeron səfər çərçivəsində Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Monqolustana da səfər edəcək. Həmin ölkələr ilə ticarət, təhlükəsizlik və ekoloji əlaqələri gücləndirmək məqsədilə diplomatik danışıqlar aparacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol