Britaniyanın Ukraynaya yardım paketində nələr var?

10:54 - 23 Aprel 2024 - GÜNDƏM

 Britaniyanın Ukraynaya yardım paketində nələr var?

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Polşaya səfəri zamanı Ukraynaya 617 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacağı gözlənilir.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri Anton Geraşenko paylaşım edib.

Məlumata görə, paket əsasında Kiyevə 60 qayığın, 1600-dən çox zərbə və HHM raketlərinin, “Storm Shadow” yüksək dəqiqlikli uzunmənzilli raketlərin, 400-dən çox hərbi nəqliyyat vasitəsinin, 160-dan çox “Husky” avtomobilinin, 162 zirehli maşının və 78 yerüstü nəqliyyat vasitəsinin verilməsi nəzərdə tutulur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol