Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirildi

12:06 - 23 Aprel 2024 - GÜNDƏM

 Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirildi

Təbriz, Həmədan, Urmiya, Ərak və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri etiraz aksiyaları keçiriblər.

BUTA.TV xəbər verir ki, bu barədə təqaüdçülər sosial media hesablarında paylaşım ediblər.

Onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol