Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.
BUTA.TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verdi.
Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
- Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı
- Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
- Bu rayonların icra başçısı yoxdur
- Trampın Asiya turu: ABŞ bu ölkəni itirir
- İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?
- Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
- Eldar Əzizov Mehdiyevin xəyanətinə eyham vurdu
- Yeni dövlət yaranır: türk, yoxsa yəhudi kimliyi olacaq?
 
                