Müsavatçıların böyük əksəriyyəti İsa Qəmbərin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı partiyanın qurultayında yeni başqan seçkisi haqda qeyd edib.
“Müsavat Partiyasının nizamnaməsində başqan 5 il müddətinə seçilir və bir şəxs iki dəfədən artıq sədr ola bilməz. Ona görə də Arif bəyin müddəti bitdiyi üçün başqanlığa namizədliyini verməyəcək. Qaldı namizədlərə, müsavatçıların böyük əksəriyyəti İsa bəyin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb”- deyə N.Sadıxlı bildirib.
Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi