Hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxs...

14:12 - 22 İyul 2026 - GÜNDƏM

 Hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxs...

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqlədikdən sonra Z.Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul vəsaitlərini ələ keçirib.

Bu xəbər hal-hazırda çox oxunur
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib

Sonradan o, cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək və "iz" itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı Z.Nəhmədovun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol