Burada vacib olan delimitasiyanın başlamasıdır və proses 15 mayadək davam edəcək. Ondan sonra isə DSX-nın bölmələri müəyyən olunmuş sərhədi təhvil alacaq.
Bu sözləri BUTA.TV-a DSX-nin Qazaxın Ermənistandan təhvil alınan 4 kəndi tam nəzarətə götürəcəyi tarix haqqında danışan hərbi ekspert Elxan Şıxəliyev deyib.
“İlk olaraq sərhəd dirəkləri basdırılmalı, sonra ərazini DSX nəzarətə götürülməli, onların arxasında isə Azərbaycan Ordusunun yeni mövqeləri və infrastruktur qurulmalıdır. İnfrastrukturun qurulmasına təminat yollarının çəkilməsi, müşahidə postlarının qoyulması, kazarmaların inşası və s. daxildir. Bütün sadalananları nəzərə alsaq, prosesin 2-3 ay vaxt alacağını demək olar. Hazırda Ermənistanda bunu əngəlləmək istəyənlərin təşkil etdikləri iğtişaşların da vaxt itkisinə səbəb olduğunu nəzərə almalıyıq”, - ekspert qeyd edib.
Qeyd edək ki, aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı