Belarus İttifaq Dövlətinin üzvü və KTMT-dəki müttəfiq kimi Rusiyaya qarşı təcavüz halında ona hərbi yardım göstərə biləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Belarusun Xalq Məclisi tərəfindən təsdiq edilmiş hərbi doktrinada deyilir.
“Belarus İttifaq Dövlətinin üzv ölkələrindən hər hansı birinə qarşı yönəlmiş hərbi güclə bağlı istənilən hərəkəti bütövlükdə İttifaq Dövlətinə qəsd hesab edir və sərəncamında olan bütün qüvvə, eləcə də vasitələrdən istifadə etməklə müvafiq cavab tədbirləri görəcəkdir”, - sənəddə deyilir.
Müttəfiqlərə kömək məqsədilə hərbi gücdən istifadənin təşkili məsələləri Rusiya ilə bağlanmış beynəlxalq müqavilələrlə müəyyən edilir. Bu məsələlər Belarus və Rusiya qoşunlarının regional qruplaşması çərçivəsində həll olunacaq:
“Belarus hər hansı bir ölkənin (ölkələr koalisiyasının) KTMT-yə üzv dövlətlərdən birinə qarşı təcavüzünü KTMT-yə üzv olan bütün dövlətlərə qarşı təcavüz hesab edir və təcavüzə məruz qalan dövlətə hərbi yardım da daxil olmaqla, lazımi kömək göstərəcəkdir”.
- Bu xəbərlərə də göz at
- Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır
- Rusiyanın aktivləri bunun üçün istifadə ediləcək - Kansler
- Qızıl ucuzlaşır: Ekspertdən xəbərdarlıq - Video
- İsrailin qaz yatağına zərbə endirildi
- Bu ölkədə prezident seçkilərində toqquşma: ölənlər var
- Bayden açıq şəkildə dedi ki, ABŞ ordusu... - Miller