Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir.
Bu sözləri Kult.az-a geniş müsahibəsində xalq artisti Faiq Ağayev deyib.
O bildirib ki, biznesinin olmasını çox istəyir:
“Amma bacarmıram, tacirlik damarım yoxdur. Yaxın ətrafım deyir ki, hər şey sənin səs tellərinə bağlıdır, bir təhlükəsizlik yastığın olsun. Bəlkə də Sovet insanlarının təfəkküründəyəm ki, sonuna kimi sənət məni dolandıracaq. Hələ ki, maşallah, dolandırır. Həmkarlarımın çoxunun, göz dəyməsin, turizm şirkətləri, restoranları, salon və mağazaları-filan var. Bu çox əladır. İraq olsun, səsim batsa, oxuya bilməsəm, nə edərəm? Dərs deyərəm, prodüser olaram, inzibati işlərlə məşğul ola bilərəm”.
- Bu xəbərlərə də göz at
- Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır
- Rusiyanın aktivləri bunun üçün istifadə ediləcək - Kansler
- Qızıl ucuzlaşır: Ekspertdən xəbərdarlıq - Video
- İsrailin qaz yatağına zərbə endirildi
- Bu ölkədə prezident seçkilərində toqquşma: ölənlər var
- Bayden açıq şəkildə dedi ki, ABŞ ordusu... - Miller