Paşinyanın Moskvaya səfəri çox mübahisəli ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Fenenko deyib.
“Ermənistanın Baş naziri Qərb kuratorlarının tələbi ilə açıq şəkildə antirusiya bəyanatları səsləndirməklə Moskva ilə İrəvan arasında daha da gərginlik yaradacaq addımlar ata bilər. Bu, Moskva ilə münaqişəni Ermənistan deyil, Rusiyanın başlatdığını göstərmək məqsədilə edilə bilər. Yazıda olduğu kimi: “KTMT Ermənistanı tərk etdi, Ermənistan KTMT-ni yox”. Amma Nikol bunu yalnız o halda edəcək ki, Qərbdə ona real təhlükəsizlik təminatları veriləcəyinə əmin olsun”, - o bildirib.
Fenenkonun sözlərinə görə, Rusiyanın Ermənistana diplomatik dəstəyi getdikcə azalacaq:
“Qərbin Ermənistana nə dərəcədə tam dəstək vermək istəyinin olması, məncə, hələ də böyük sualdır. Paşinyan ona tapşırılan vəzifəni - Ermənistanı KTMT-dən çıxarmağı həll etməlidir. Eyni zamanda ölkədə, o cümlədən gənclər arasında antirusiya əhval-ruhiyyəsi yaratmalıdır”.
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib