"Azercell"in həssas qadın qrupları üçün təşkil etdiyi təlimlər davam edir
"Azercell" və Ümidli Gələcək İB-in “Gələcəyi öz əllərinlə yarat” layihəsi çərçivəsində növbəti təlim baş tutub. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında keçirilmiş təlimə yetkin qadınlarla yanaşı həm də yeniyetmə və gənc qızlar qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri iştirakçılara “yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka barədə məlumat veriblər. Qadın sığınacağının sakinləri isə öz növbələrində hədəfləri, karyera və təhsil planları barədə mütəxəssislərdən tövsiyələr alıblar.
Təlimin əsas məqsədi sığınacaq sakinlərinin cəmiyyətə reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq imkanlarının artırılması idi.
Qadınlara həmçinin “Qadın Dəstək Xətti”nin xidmətləri barədə məlumat verilib. Onlara bu xidmətdən yararlanmaq tövsiyə edilib.
"Azercell"in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.
24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Feysbuk və İnstaqram sosial şəbəkələri, İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.
Qadın sığınacağında baş tutmuş təlim haqqında video-material:
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb
- GL Group ABŞ-da bunu əldə edən ilk Azərbaycan şirkəti oldu