Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
- Bakıda 24 yaşlı gənc dənizdə boğuldu
- Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?
- Bakı və Astaranın bir hissəsi işıqsız qalacaq
- Kəlbəcərə dolu düşdü
- Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi
- Keyne Yamalın məşhurluğuna yenə ortaq oldu... - Fotolar
- Argentina antirekordla tarixə düşdü - Foto
- Finaldan sonra əlbəyaxa dava - Video