Azərbaycanda baş müəllim vəfat etdi - Foto

16:36 - 17 İyul 2026 - GÜNDƏM

 Azərbaycanda baş müəllim vəfat etdi - Foto

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə BDU-nun sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, Vaqif Nəbiyev 1947-ci il noyabrın 30-da Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 1966-cı ildə Marneuli şəhər 1 nömrəli orta məktəbini, 1973-cü ildə isə BDU-nun Jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə "Maarif" nəşriyyatında korrektor kimi başlayıb, 1974-cü ildən BDU-da çalışıb. O, Sov.İKP tarixi (sonralar Siyasi tarix) kafedrasında baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb, 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi olub.

Vaqif Nəbiyev 30-dan çox elmi əsərin, o cümlədən "Siyasi tarix" və "Azərbaycan tarixi" fənləri üzrə proqramların müəllifi olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol