Nazir son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan sosial islahatların nailiyyətlərini, innovativ, rəqəmsal həllərin geniş tətbiqi işlərini, bu islahatların vətəndaş rifahının təminatına xidmət etdiyini qeyd edib. Bildirib ki, Nazirliyin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinə sadiqlik hər birimizin gündəlik fəaliyyət formulu olmalıdır.
BUTA.TV xəbər verir ki, Anar Əliyev təltif edilən əməkdaşları bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan dövlət qulluqçuları barədə məlumat verilib, 2018-ci ildən Nazirliyin 158 əməkdaşının ölkə Prezidentinin Sərəncamları ilə dövlət təltiflərinə layiq görüldüyü vurğulanıb.
Təltif olunmuş əməkdaşlara vəsiqələr və medallar təqdim edilib. Onlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
- Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar