Dünyanı “real siyasət” idarə edir, qərarı da səfir verməyib, Vaşinqtondan verilən qərarı səfir icra edib.
BUTA.TV xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin bir neçə gün öncəki müsahibəsində dediyi fikirlərə rəğmən Şuşaya səfər etməsini şərh edərkən deyib.
“Vaşinqton səfirin birmənalı qarşılanmayan müsahibəsindən həmən sonra niyə belə qərar verdi?! Çünki ABŞ Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərdə maraqlıdır, bizim hakimiyyətin simvolizmə önəm verdiyini bilir.
Bundan başqa, erməni mətbuatı və bəzi siyasətçiləri səfirin Şuşa məsələsi ilə bağlı publik açıqlamasını az qala böyük qələbə kimi təqdim edib, revanşist hissləri alovlandırmaq istəyirdilər, bu isə kilsə vasitəsi ilə Ermənistanı qarışdırmaq istəyən Moskvanın əlinə oynayırdı. Vaşinqton bunu gördü, o mənasız alovun üzərinə həmən su tökdü. Səfəri həm də belə oxumaq lazımdır”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ səfiri Libbi Şuşaya səfər etməməsinin səbəbini “azad edilən torpaqların fərqi” və “şoularda iştirak etmək istəməməsi” ilə əlaqələndirmişdi. Bu müsahibəsindən cəmi iki gün sonra Libbi Şuşaya səfər etdi və Cıdır düzündən xoş video-müraciət yaydı.
- Bu şəxslər yeni mənzillərlə təmin olunacaq
- "İdrak" valideynləri belə aldadıb: Vatsapa göndərilən mesaj
- Azərbaycanda bu 5 idarə ləğv edildi
- Yaşıllıqlar kəsildi: 25 min manatdan çox ziyan dəydi
- Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...
- 16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxundu
- AYNA: Bu məbləğ 266 manatdan 50 manata endirildi
- 82 yaşlı kişi sobanın üzərinə düşdü, yanaraq öldü