Binəqədi rayon, Əhməd Rəcəbli küçəsində, “Elit” Ticarət Mərkəzi ilə üzbəüz ərazidə bir müddət öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarətə götürülən və dayandırılan söküntü işləri davam edir.
BUTA.TV xəbər verir ki, ərazidə yenidən texnika cəmlənib və prosesin davam etdiyi görünür.
Ərazidə fəaliyyət göstərən fəhlələrin iddiasına görə, problem həll olunub, sənəd təsdiqlənib, ona görə də fəaliyyətlərini bərpa ediblər.
Redaksiyanın təkrar sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Əhməd Rəcəbli 156 ünvanına 7 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında yenidən baxış keçirilib:
“Monitorinq nəticəsində sözügedən ünvanda abadlıq işlərinin aparıldığı müəyyən olunub”.
Qeyd edək ki, ərazidə tikinti materiallarının satıldığı obyektlər tam sökülüb, yalnız Əhməd Rəcəbli küçəsi və Ziya Bünyadov prospektləri istiqamətində hasarlar qalıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə 3 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində təxminən 2 hektar ərazidə qanunsuz olaraq söküntü işlərinin aparılması faktının aşkarlandığı haqda məlumat verərək, işlərin dayandırıldığını açıqlamışdı.
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr