Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr “Rəng xəbərdarlıq sistemi” şkalası ilə əhaliyə daha anlaşılan formada çatdırılacaq.
Yeni mexanizmə əsasən, 3 rəng - sarı, narıncı və qırmızı rəng şkalası tətbiq ediləcək.
Hava xəbərdarlığının sarı rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyini proqnozlaşdırıldığı deməkdir. Belə ki, sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunacaq.
Narıncı rəng xəbərdarlığı isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Bu rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir.
Hava xəbərdarlığı qırmızı rənglə edilirsə, bu ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstrimal risk olduğunun göstəricisidir. Bu rənglə xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə ediləcək.
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video
- Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib
- Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
- Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?