İndiyədək Ukrayna neft yataqlarına və ya xam neft ixracı infrastrukturuna deyil, ilk növbədə neft emalı zavodlarına hücum edib.
BUTA.TV xəbər verir ki, bunu “Foreign Affairs” nəşri yazıb.
“Bu fərq çox vacibdir. Rusiyanın neft saxlama imkanları məhduddur. Neft emalı zavodu məhv olarsa və ya zədələnərsə, çıxarılan nefti sonradan istifadə üçün saxlamaq olmur. Nəticədə rus istehsalçıların qarşısında yalnız iki seçim qalır: xam neft ixracını artırmaq və ya quyuları bağlamaq və hasilatı azaltmaq.
Hər iki variant Rusiya üçün ağrılıdır, lakin ixracın artırılması hasilatı azaltmaqdan daha yaxşıdır. Son aylardakı məlumatlar təsdiqləyir ki, gözlənildiyi kimi, Rusiya daha çox xam neft ixrac edir, emal olunmuş yanacaq ixracı isə demək olar ki, tarixi minimuma çatıb”, - nəşr bildirib.
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat