Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

18:56 - 8 May 2024 - GÜNDƏM

 Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər - Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olunmuş Mirdamət Ağayev saxlanılıblar.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 15 kiloqram narkotik vasitə marixuana aşkarlanıb. M.Kərimov və M.Ağayev narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər.

Saxlanılanlar narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol