Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsinin yaranmasının ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Tədbirdə hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunublar.
Müdafiə nazirinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması xüsusi vurğulanıb.
Hərbi xidmətdə fərqlənənlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Çıxışlardan sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Tədbir iştirakçılarına hərbi hissənin istismarında olan silah və texniki vasitələrdənn ibarət sərgi təqdim edilib. Daha sonra dəniz piyadalarının nümunəvi çıxışları izlənilib.
Sonda Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərlik mahnılarını tərənnüm edən müsiqilər səsləndirilib.
- Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
- Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video