UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

11:00 - 9 May 2024 - GÜNDƏM

 UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

BUTA.TV xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini qəbul edəcək.

Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb - 1:1.

İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer 04"ün qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.

UEFA Konfrans Liqasında isə ikinci finalçının adına aydınlıq gələcək. İngiltərədə "Aston Villa"nı 4:2 hesabı ilə məğlub edən "Olimpiakos" Yunanıstan da uğurlu çıxış etməyə çalışacaq. Cütün qalibi finalda "Fiorentina" (İtaliya) ilə üz-üzə gələcək.

Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol