Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda, heç kimin bizi hədələməsinə imkan verməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 may Qələbə gününə həsr edilən paradda çıxış edərkən deyib.
O qeyd edib ki, Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır.
“Rusiya heç vaxt ikinci cəbhənin və müttəfiq yardımının əhəmiyyətini azaltmayıb. Biz anti-Hitler koalisiyasının bütün döyüşçülərinin, Müqavimət iştirakçılarının, Vətən xainlərini, casusları üzə çıxaranların, partizanların şücaətinə, militarist Yaponiyanın təcavüzünə qarşı öz müstəqilliyi uğrunda mübarizə aparan Çin xalqının şücaətinə hörmətlə yanaşırıq. Ümumi mübarizəmizi və ilhamverici müttəfiqlik ənənələrimizi həmişə xatırlayacağıq, heç vaxt unutmayacağıq”, - V.Putin deyib.
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu