Araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisələrinin əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılsa da, sürət həddini aşanlar var və nəticə təəssüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda da mövcuddur.
BUTA.TV Avtosfer.az-a istinadla xəbər verir ki, artıq sürət həddini göstərən yeni radar sistemi, daha dəqiq desək, elektron tablo Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılıb. Bu cür radar sisteminin artıq bir çox ölkədə quraşdırıldığı və çox məşhur olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsindən bildirilib ki, elektron tablonun quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl etməsidir. Yaxın günlərdə quraşdırılan lövhələr aktivləşdiriləcək. Bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması nəzərdə tutulub.
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev