Ermənistan MN çağırış etdi: Ordudan kənar durun!

01:48 - 12 May 2024 - GÜNDƏM

 Ermənistan MN çağırış etdi: Ordudan kənar durun!

Ermənistan Müdafiə Nazirliyi hərbi personalı siyasi aksiyalara cəlb etmək cəhdlərindən və ya bu hərəkətlərin tərkib hissəsi kimi silahlı qüvvələrin reputasiyasına qəsdən xələl gətirən hər hansı zərərli təcrübədən çəkinməyə çağırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN bəyanat yayıb.

“KİV-lərdən birində “Muratsan hərbi hospitalının həkimlərinin pasportları yığılıb, onlara etiraz aksiyalarında iştirak etmək qadağandır” başlığı altında tamamilə uydurma yazı dərc olunub.

Müdafiə Nazirliyi bir daha silahlı qüvvələrin nüfuzuna qəsdən xələl gətirən hər hansı zərərli təcrübədən, hərbi qulluqçuları siyasi aksiyalara cəlb etmək cəhdlərindən çəkinməyə çağırır”, - bəyanatda bildirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol