Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis sabah Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcək, ticarət dövriyyəsinin artım perspektivlərini, Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə "Hürriyət" qəzeti yazıb.
Qəzetin yazdığına görə, Ərdoğan və Miçotakis arasında keçiriləcək görüşdə gündəm iqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə, eləcə də humanitar əlaqələr kimi müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi olacaq.
"İki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək. Ərdoğan, həmçinin Miçotakisə Türkiyənin regional və beynəlxalq hadisələrə, xüsusən Fələstin-İsrail münaqişəsinə dair fikirlərini və diplomatiyasını açıqlamaq niyyətindədir", - nəşr yazıb.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.
Qeyd edək ki, Miçotakis mayın 13-də Ankaraya səfər edəcək.
- “Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Milyonluq mənimsəməyə görə tutulan rəis barədə qərar...
- DSX hərbçisi vəfat etdi - Foto
- DSX-nin hərbçisi vəfat edib - Foto
- İstirahət günü hava necə olacaq?
- “O vaxt körpə idi, indi isə finalda rəqibimdir” - Video
- FHN Qəbələdə məşhur oteldə təlim keçirdi - Foto